İĞDIRDA XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Türkiyənin İğdır şəhərində Birinci Dünya müharibəsində erməni quldurlarından zərərçəkmişlər dərnəyi Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirmişdir.
İğdırlı jurnalist Sərdar Ünsal bildirmişdir ki, ermənilər tərəfindən qətlə yetirilmiş türklərin xatirəsinə ucaldılmış abidə kompleksində keçirilmiş mərasimdə dərnəyin rəhbəri Göksel Gülbeyi qeyd etmişdir ki, əsrlər boyu türk dövlətində yaşamış və türk milləti tərəfindən qorunmuş ermənilər Osmanlı imperiyası dağılmağa başlayanda çörəyini yediyi millətin əleyhinə qalxdılar. Onlar 1915-1920-ci illərdə günahsız əhalini qətlə yetirmiş, minlərlə türkü evlərə, damlara dolduraraq diri-diri yandırmışlar. Bu qaniçənlərin övladları 1992-ci ildə Qarabağın Xocalı şəhərində yüzlərlə Azərbaycan türkünü şəhid etmişlər. Türk dünyası erməni qatillərinin törətdiyi bu faciəni heç vaxt unutmayacaqdır.
Göksel Gülbeyi dünya ictimaiyyətini Xocalı soyqırımının baiskarlarını qınamağa, Azərbaycanın haqq işini dəstəkləməyə, bir milyondan artıq qaçqın və məcburi köçkünün yurd həsrətini başa düşməyə çağırmışdır.
Digər çıxış edənlər də Xocalı faciəsini türk millətinin ürəyində qanayan yara adlandırmışlar.
Sonra şəhidlərin ruhuna dua oxunmuş, abidə önünə qərənfillər düzülmüşdür.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]