“İKARUS”UN YANMASI SÜRÜCÜNÜN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
Bakı şəhərlərarası avtovağzalda Rusiya Federasiyasına məxsus “İkarus” markalı sərnişin avtobusunda yanğın baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində sürücü, Bakı sakini Emin Nəcəfov tüstüdən boğularaq həlak olmuşdur. Dağıstan Muxtar Respublikasına işləyən həmin nəqliyyat vasitəsi isə tamamilə yararsız hala düşmüşdür. Faktla bağlı təhqiqat aparılır.