İDMAN
İki boksçumuz Avropa çempionatında bürünc medal qazanıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin döyüşlərinə start verilib. Finala vəsiqə üçün Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü qarşılaşmada rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb. Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]