Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkili standartlar müasir dünya reallıqlarının acı təcəssümüdür

İkili standartlar müasir dünya reallıqlarının acı təcəssümüdür

Bakı, 29 sentyabr, AZƏRTAC

Müasir dünya nizamında Azərbaycanın Qarabağ bölgəsində baş verən proseslərə münasibət böyük dövlətlərin maraq və mənafelərindən irəli gələrək qərəzli, selektiv xarakter daşıyır. İndiki reallıqlar ikili standartlar, güc amilinin ədalətdən, dövlət maraqlarının düz-dürüst yanaşmadan üstün tutmaqdan qaynaqlanır. Haqlı dura-dura haqsıza dəstək verilir, işğalçı dövlət qınanılmır, bölgədə dayanıqlı sülhün bərpasına maneələr törədilir, öz suveren ərazisində antiterror tədbirləri keçirən Azərbaycana qarşı hər cür təzyiqlər tətbiq edilir. Otuz ildən çoxdur ki, Naxçıvana gedən yolun Ermənistan tərəfindən bağlanması səbəbindən Azərbaycandan təcrid olunduğu halda, bizdən ermənilərə rahat gediş-gəliş üçün yol verilməsi israrla tələb olunur. Hərçənd ki, Ermənistana gedib-gəlmək üçün beynəlxalq qanunlar çərçivəsində bütün imkanlar yaradılıb.

Bu fikirlər hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa Eldaroğlunun “İkili standartlar müasir dünya reallıqlarının acı təcəssümüdür” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin şanlı Zəfərimizlə başa çatması və müharibədən sonra keçirilən digər əməliyyatlar, o cümlədən sentyabrın 19-20-də Ermənistan silahlı birləşmələrinin bölmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin tərksilah edilməsi məqsədilə keçirilən lokal antiterror tədbirlərinin uğurla başa çatması bölgədə qüvvələr nisbətini dəyişdirdi, yeni reallıqlar və vəziyyət yarandı.

Yaranmış reallıqlar aşağıda bəhs etdiyim məqamlarla bağlı haqq səsimizin dünyaya çatdırılması istiqamətində gördüyümüz işlərin intensivləşməsinin, mərhələlərlə, davamlı olaraq icra edilməsinin əhəmiyyətini daha da artırır. Düzdür, bu istiqamətdə böyük işlər görülüb. Lakin, yeni reallıqlar, eyni zamanda yeni imkanlar deməkdir. Hesab edirəm ki, beynəlxalq hüquq, təbliğat və ikitərəfli əməkdaşlıq, eləcə də diplomatik sahələrdə beynəlxalq ictimaiyyətinin diqqətinin cəlb edilməsinə hesablanaraq atılan addımların (beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində) gücləndirilmiş templə davam etdirilməsi artıq zamanın ən ümdə tələbidir.

İlk olaraq xatırlatmaq istədiyim məqam uzun müddət davam etmiş eko-aksiyadır. Fikrimcə, bir neçə ay davam edən eko-aksiya zamanı və aksiya bitdikdən, eləcə də Laçında sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra baş verən proseslərdə diqqət çəkən əsas məqamlardan biri Zəngəzur dəhlizinin açılması məsələsidir. Belə ki, qədim diyarımız Naxçıvanın Ermənistanın təcavüzkar, işğalçı niyyəti səbəbindən blokadaya alınmasına göz yumulur, həmçinin bu ölkənin Naxçıvan istiqamətində avtomobil və dəmir yollarının açılması barədə beynəlxalq qurumlar tərəfindən heç bir real tələb və şərt irəli sürülmür. Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində diplomatik səylər hələ ki bəzi qüvvələrin yaratdığı süni maneələr səbəbindən nəticə vermir və bu iş “ölü nöqtədən” hələ də tərpənmir. Əksinə, ermənilərin uydurma Laçın dəhlizinin açılması üçün böyük təzyiqlər göstərilir. Bu məsələdə də eyni vəziyyət hökm sürür: - ikili standartlar, qərəzli münasibət və qeyri-obyektiv yanaşma.

Bu məqamda haqlı sual ortaya çıxır. Otuz ildən çoxdur yolumuzu kəsən, insanlarımızın rahat hərəkət etməsinə imkan verməyən, beynəlxalq qanunlara məhəl qoymayaraq, bizə yol verməyənə niyə bizim yol verməyimiz belə israrla tələb edilir? Niyə Laçın yolu bağlanmadığı halda, sadəcə olaraq ermənilərin Qarabağ iqtisadi zonasındakı qanunsuz və cinayətkar fəaliyyətinin qarşısının alınması, təbii ehtiyatlarımızın amansızcasına, qanunsuz istismarına mane olmaq üçün ekofəalların - mülki insanların keçirdiyi aksiyaya, eyni zamanda Laçında sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasına belə canfəşanlıqla reaksiya verən qüvvələr 30 ildən çoxdur ki, bağlı qalan Bakı-Naxçıvan yolunun açılması ilə bağlı susmağa üstünlük verirlər? Bu da öz növbəsində ikili standartların və ayrı-seçkiliyin təcəssümü deyilmi?

Hesab edirəm ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsində törətdiyi ekoloji terror məsələsinin dünya səviyyəsində daha kəskin qaldırılması, vurulan ziyanların hesablanması və beynəlxalq məhkəmələrə yenidən müraciətlərin olunması, həmçinin təzminatların istənilməsi də diplomatlarımızın, beynəlxalq hüquq üzrə mütəxəssislərimizin əsas vəzifələrindən biri olmalıdır. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru nəticəsində həlak olan, yaralanan hərbi qulluqçular və mülki şəxslərlə bağlı da beynəlxalq məhkəmələr qarşısında qaldırılan iddialar yenidən daha sürətli həyata keçirilməli, təzminatlar tələb edilməli, beynəlxalq səviyyədə belə əməllərin daha kəskin şəkildə pislənməsinə nail olunmalıdır.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdəki dini, tarixi abidələrin, tikintilərin və tarixi məzarlıqların dağıdılması, məhv edilməsi ilə bağlı milli-mədəni irsin qorunması üzrə UNESCO və digər beynəlxalq təşkilatlar qarşısında məsələlərin qaldırılması prosesi də bir an belə gündəmdən düşməməlidir. Erməni vandalizminin ifşa edilməsi və dağıdılmış abidələrin bərpasına dünya təşkilatlarının cəlb edilməsi ilə bağlı aparılan işlər də planlı şəkildə davam etdirilməlidir.

Dini obyektlərə qarşı təhqiramiz hərəkətlər, inancımıza qarşı düşmənçilik əməlləri torpaqlarımızı 28 ildən çox müddətdə işğal altında saxlayan Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyi üçün bu əməllər də hərbi cinayətlər siyahısına daxil olunmalı, daha əsaslı faktlar və dəlillər toplanaraq Avropa və beynəlxalq məhkəmələrə təqdim edilməlidir.

Düşünürəm ki, azad edilmiş ərazilərimizdən hazırlanmış foto-video materiallar sayəsində Ermənistanın təcavüzü nəticəsində didərgin salınmış azərbaycanlıların əmlakını talan etmə, soyğunçuluq, qarət halları da hərbi cinayət olaraq təsnif olunmalı, toplanmış faktlar əsasında tərtib edilmiş yeni cinayət işləri üzrə istintaq tədbirləri daha ciddi şəkildə aparılmalıdır. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının və işğal altında olan ərazilərimizdə soyğunçuluq edən bütün ermənilərin əməlləri barədə cinayət işləri əsaslı olaraq yenidən tərtib edilməli, beynəlxalq məhkəmələr qarşısında vəsatət qaldırılmalı, insan hüquqları təşkilatlarına müraciət olunmalıdır.

Ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılara qarşı törədilən ağlasığmaz işgəncələr, hərbi əsirlərə və dinc sakinlərə tətbiq edilən qeyri-insani zorakılıqlar barədə məruzələr yenidən tərtib olunmalıdır.

Bir məqama da toxunmaq istərdim. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra xeyli sayda erməni sakinləri yaşayış yerlərini tərk edirlər. Ermənistan tərəfinin dəstəyi ilə bəzi qüvvələr və beynəlxalq media qurumları bu könüllü tərketmə prosesi ətrafında Azərbaycan dövlətinin nüfuzuna xələl yetirmək niyyətli siyasiləşdirilmiş şou yaradıblar.

Azərbaycan tərəfindən heç bir məcburiyyətə və zorakılığa məruz qalmadıqları halda Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedən erməni sakinlərlə media nümayəndələrimizin hazırladığı materialları izlədikcə maraqlı məsələlərə aydınlıq gətirmək mümkündür. Görünən odur ki, erməni sakinlərin çoxu Xankəndidə uzun illər mövcud olan xunta rejiminin təzyiqi, təhdidi və hədə-qorxusu sayəsində yaşayış yerlərini “könüllü” tərk edirlər. Separatçı qüvvələrin hədə-qorxusu sayəsində evlərini tərk etməyə məcbur olduqlarını isə jurnalistlərə müsahibələr verən erməni sakinlər özləri kütləvi şəkildə bunu etiraf edirlər. Düşünürəm ki, erməniləri Xankəndini tərk etməyə məcbur edən xunta rejiminin bununla da bağlı məkrli, uzun müddətə hesablanmış planları vardır. Ermənistan tərəfi gələcəkdə həmin erməniləri bütün dünyaya məcburi köçkün və müharibə qurbanları kimi təqdim etməklə ölkəmiz haqqında dünya ictimaiyyətində mənfi rəy formalaşdırmağa çalışacaqdır. Həm də ki, rejimin əsirinə çevrilmiş və separatçı ideyalarla, eləcə də azərbaycanlılara qarşı nifrət hissləri ilə beyinləri zəhərlənmiş bu kütlənin hesabına Ermənistan Avropa ölkələrindən və Amerikadan milyardlarla dollar yardımlar alacaqdır.

Bu arada qeyd edilməli daha bir məqam odur ki, Qarabağ bölgəsindən köçən ermənilər özləri belə bilərəkdən, yaxud da anlamadan gələcəkdə çirkin oyunlarda alət, vasitə olacaqlarını hələ də dərk edə bilmir. Son bir neçə gündür Ermənistana köçənlərin qarşılanmasından xüsusi canfəşanlıqla reportajlar hazırlayan bu ölkədə fəaliyyət göstərən “azad və ədalətli” xarici media nümayəndələrinin fəaliyyəti bunu deməyə əsas verir ki, regionda sülhün bərqərar olmasını istəməyən və Ermənistandakı revanşist, xəstə təxəyyüllü qüvvələr, artıq haqqında danışdığım çirkin planın reallaşmasına başlayıblar. Hesab edirəm ki, bu çirkin təbliğat kampaniyaya ən düzgün və təsiredici cavab bizim erməni sakinlərlə humanist, qayğıkeş davranışlara həsr olunmuş video süjetlərin və 1988-93-cü illərdə Ermənistanın etnik təmizləmə, təcavüzkar siyasəti sayəsində didərgin düşən azərbaycanlıların hansı vəziyyətdə yurd yerlərini tərk etdiklərini əks etdirən videomaterialların müqayisə şəklində geniş auditoriya üçün mütəmadi olaraq nümayiş etdirilməsidir. Fikrimcə, bu prosesə xarici ölkə media mənsublarının da cəlb edilməsi məqsədəuyğun olardı.

Bildiyimiz kimi, 30 il bundan əvvəl öz yurd yerlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlılar ac, susuz, boranda ayaqyalın dağlardan meşələrdən keçməklə canlarını qurtara biliblər. Lakin ermənilər bu gün avtomobillərlə, heç bir zorakılıqla qarşılaşmadan, rahat şəkildə Ermənistana gedirlər. Əgər bizim başqa niyyətimiz olsaydı ermənilərə çörək, su verilməzdi, tibbi yardım göstərilməzdi. Nədənsə bu faktları da bəzi beynəlxalq qurumlar görmür və daha doğrusu görmək istəmirlər. Bu da ayrı-seçkiliyin və qərəzli yanaşmanın bariz nümunəsidir.

Sonda bir daha yol və dəhliz məsələsinə toxunmaq istərdim. Nədən Ermənistanı dəstəkləyən qüvvələr ermənilər üçün dəhliz tələb etdikləri halda, azərbaycanlılar üçün dəhliz açılması məsələsini heç dilə gətirmir? Niyə görə bizə Naxçıvana gedib-gəlmək üçün yol verməyənə dəstək verənlər, bizdən ona yol verilməsini belə xüsusi canfəşanlıqla, israrla tələb edir? Niyə görə Azərbaycanın ədalətli mövqeyi deyil, Ermənistanın təcavüzkar və işğalçı davranışı müdafiə olunur? Nədən ermənilərin humanitar böhran adlı şousuna dəstək verən qüvvələr, Naxçıvanın Ermənistanın düşmənçilik mövqeyi səbəbindən 30 ildən çox blokadada olduğunu heç yada salmır? Düşünürəm bu məsələnin Naxçıvanın Ermənistan tərəfində blokadada saxlanılması kontekstində beynəlxalq səviyyədə müzakirə olunmasının davam edilməsinə nail olmağın tam zamanıdır

Niyə öz suveren ərazisində mövcud olan işğalçı dövlətə məxsus silahlı birləşmələrin bölmələrinin və qeyri-qanuni erməni silahlı qüvvələrinin təxribat-diversiya fəaliyyətinə qarşı antiterror tədbirləri həyata keçirən və mülki sakinlərin təhlükəsizliyinə hərtərəfli təminat verən Azərbaycan belə genişmiqyaslı təzyiqlərə məruz qalır? Niyə monoetnik dövlət olan Ermənistanda azərbaycanlıların kökünün kəsildiyi halda, multikultural dəyərlərə sadiq olan Azərbaycanda məskunlaşan erməni əsilli sakinlərin reinteqrasiyasına və həmin ərazilərdə dövlətimizin konstitusiya quruluşunun təmin edilməsinə, dövlət strukturlarının fəaliyyətinin bərpasına yönəlik addımlara bu qədər aqressiv reaksiya verilir?

Suallar çoxdur, lakin, adekvat cavablar və ədalətli yanaşma yoxdur. Bunun isə yalnız bir səbəb var bu da bölgədə baş verən proseslərə və Qarabağ iqtisadi zonasında cərəyan edən hadisələrə ədalətli deyil, ikili standartlar çərçivəsində yanaşmadır. Bu da haqlı dura-dura haqsızın dəstək aldığı, beynəlxalq münasibətlərdə güc amilinin ədalətdən üstün olduğu müasir dünyanın acı reallıqlarının təcəssümüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?