Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkili standartlar siyasəti Avropa üçün normaya çevrilib – ŞƏRH

İkili standartlar siyasəti Avropa üçün normaya çevrilib –  ŞƏRH

Bakı, 25 yanvar, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın Qarabağı erməni işğalından azad etdikdən sonra Qərbin siyasi təzyiqləri ilə üzləşməsi müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə ortaya çıxarır.

Avropa Şurasının (AŞ) Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlar təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa strukturları dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda münaqişəli vəziyyətin davam etməsində və bununla da regiona müdaxilə edib qlobal siyasətdə dominant rolunda qalmaqda maraqlıdırlar. Bu tezisi sübuta yetirmək üçün 1994-cü ildə Qarabağ münaqişəsinin həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini göstərmək olar. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı.

Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sərdi Sergey Çekov mətbuata açıqlamasında bildirib ki, Avropa Şurası üçün ikili standartlar siyasəti normadır. Bu qurum yeni üzvlər cəlb edərək genişlənsə də, heç bir dövlətin milli maraqlarını nəzərə almır və yalnız özünün korporativ maraqlarından çıxış edir.

Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Avropa Şurasının bu cür qeyri-adekvat mövqeyi hansı siyasi məntiqə sığır? Dünyada sülhün, sabitliyin, demokratiyanın və bu kimi digər dəyərlərin carçısı olan Avropa Şurası Cənubi Qafqazda davamlı sabitliyin bərpasından niyə narahatdır? Ermənistanı silahlandırmaq görəsən hansı məqsədlərə xidmət edir? Paradoksal hal ondan ibarətdir ki, rəsmi İrəvan işğal faktını qəbul edərək Azərbaycanla müəyyən məsələlərdə razılığa getmək niyyətindədir. Lakin Avropa Şurası Azərbaycanı ittiham etməkdə davam edir.

Hazırda Ermənistan parlamentində yeni konstitusiyanın qəbul edilməsi məsələsi müzakirə olunur. Konstitusiya layihəsində nəzərdə tutulub ki, “genosid” və “Qarabağ” ifadələri işlədilməsin. Lakin Avropa Şurası erməni xalqının hüquqları uğrunda “mübarizəsi”ni davam etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa Şurası regionda qeyri-sabit vəziyyətin illər boyu davam etməsinə çalışır.

Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi Yakub Aslan bildirib ki, Avropanın bir sıra dövlətləri insan hüquqları və demokratiya anlayışlarını təzyiq alətinə çevirərək bu və ya digər dövlətə qarşı istifadə edir. Halbuki pensiya və miqrasiya ilə əlaqədar islahatlara etiraz edən “sarı jiletlilər”in Fransada keçirdikləri aksiyalar zamanı rəsmi Paris demokratiyadan necə sui-istifadə etdiyini bütün dünyaya göstərdi. Bundan başqa, ötən aylarda Fransa polisinin mühacir gəncləri qətlə yetirdikdən sonra ölkədə baş qaldıran kütləvi aksiyaların polis tərəfindən xüsusi qəddarlıqla yatırıldığını da gördük. Fransa və Avropanın digər siyasi strukturları hər zaman müsəlman ölkələrinə qarşı qeyri-konstruktiv mövqedə dayanıb. Məsələn, Türkiyənin Avropa İttifaqına (Aİ) üzv kimi qəbul edilməməsini göstərmək olar. Siyasi və iqtisadi inkişafına görə Türkiyədən dəfələrlə zəif olan ölkələr Aİ-yə tamhüquqlu üzv kimi qəbul edilib. Hətta 1960-cı ildə yaradılan və dünyanın bir çox ölkələri tərəfindən müstəqil dövlət kimi tanınmayan Kipr də 2004-cü ildə Aİ-yə üzv qəbul olundu. Lakin Türkiyənin iqtisadi, siyasi və demokratiya sahələrində böyük uğurlar qazanmasına baxmayaraq, 50 il aparılan danışıqlar nəticəsiz qaldı və rəsmi Ankaranın İttifaqa üzv qəbul edilmədi.

Bu gün Avropa mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və dünyanın üçüncü ölkələrinə necə yaşamağı öyrətməyə çalışır. Lakin Avropanın hər hansı bir dövlətinin törətdiyi qanlı hadisələr barədə heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin vəziyyəti göz qabağındadır. Demokratiya adı altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi qaçqın düşdü, sərvətləri isə talan edilir.

Müasir dünyada yeni iqtisadi modellərin tətbiq edildiyi halda, Qərb müstəmləkəçilik siyasəti yürütməyə üstünlük verir ki, bu da təsadüfi xarakter daşımır. Müstəmləkəçilik tarixən Avropa siyasətinin ana xətti olub. Azsaylı xalqları istismar etmək, təsir altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Avropada ənənəvi iqtisadi model kimi qəbul edilib. Əslində, Avropa Şurasının rəsmi İrəvanın qeyri-konstruktiv və sülhdən qaçan siyasətini dəstəkləməsi, Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi heç də ermənilərə olan sevgidən irəli gəlmir. “Qoca qitə”ni Ermənistanı təsir altında saxlamaq, iqtisadi fayda əldə etmək, müstəqil siyasət yürüdən qonşularına İrəvan vasitəsilə təzyiq etmək daha çox maraqlandırır. Lakin müasir dünyada bu siyasi xəttin uğurla nəticələnəcəyi mümkün görünmür.

Azərbaycan dövləti siyasi iradə nümayiş etdirərək Avropa Şurasının 30 ildə yarada bilmədiyi sülhü 2020-ci ildə 44 gün ərzində yaratdı. Bu gün bölgədə yeni siyasi reallıqlar yaradan Azərbaycan sülh, əməkdaşlıq və inkişaf istiqamətlərində irəli doğru addımlar atır. Xalqın və dövlətin maraqlarına uyğun olaraq reallaşdırılan bu siyasətin qarşısını heç bir qüvvə ala bilməz.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO