İKİNCİ ÇAĞIRIŞ NAXÇIVAN MR ALİ MƏCLİSİNİN ALTINCI SESSİYASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 3-də ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyi təsdiq olunduqdan sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 2004-cü ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etmişdir.
Gündəlikdəki “Naxçıvan MR-in 2005-ci il dövlət büdcəsinin təsdiq edilməsi haqqında” məsələ ilə əlaqədar maliyyə naziri Xalid İsgəndərov, vergilər naziri Rafiq Mehdiyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Müzakirə edilən məsələlərlə əlaqədar qanun və qərarlar qəbul edilmişdir.
Bununla da ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası öz işini başa çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]