“İKİNCİ SƏS”İN İLK TAMAŞASI OLMUŞDUR
AZƏRTAC Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına istinadla xəbər verir ki, fevralın 11-də burada xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesi əsasında xalq artisti, rejissor Ağakişi Kazımovun quruluşunda eyniadlı tamaşanın ilk təqdimatı olmuşdur.
Dövlət sifarişi ilə səhnəyə qoyulan tamaşada əsas rollarda xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, aktyorlardan Almaz Amanova, Sabir Məmmədov, Xədicə Novruzlu və başqaları çıxış etmişlər.
Tamaşanın rəssamı Rafiz İsmayılov, bəstəkarı Aygün Səmədzadədir.
Yeni quruluşda səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]