“İKİNCİ SƏS”İN İLK TAMAŞASI OLMUŞDUR
AZƏRTAC Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına istinadla xəbər verir ki, burada xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesi əsasında xalq artisti, rejissor Ağakişi Kazımovun quruluşunda eyniadlı tamaşanın təqdimatı olmuşdur.
Dövlət sifarişi ilə səhnəyə qoyulan tamaşada əsas rollarda xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, aktyorlardan Almaz Amanova, Sabir Məmmədov, Xədicə Novruzlu və başqaları çıxış etmişlər.
Tamaşanın rəssamı Rafiz İsmayılov, bəstəkarı Aygün Səmədzadədir.
Yeni quruluşda səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [12:44]