İLİN ƏVVƏLİNDƏN PUL KÜTLƏSİNİN HƏCMİ 19,3 FAİZ ARTMIŞDIR
Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi 2004-cü il noyabr ayının 1-nə 3093,6 milyard manat təşkil etmişdir. Bu, 2004-cü ilin əvvəlindəkindən 19,3 faiz, 2003-cü il noyabrın 1-nə nisbətən isə 31,4 faiz çoxdur.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 1-nə olan pul kütləsinin 2135,3 milyard manatı nağd pul vəsaitlərinin, 958,3 milyard manatı isə nağdsız vəsaitlərin payına düşür. İlin əvvəli ilə müqayisədə nağd pul kütləsi 4,6 faiz, qeyri-nağd pul kütləsi isə 73,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]