“İlin gənc alimi” Fransada tədqiqat aparıb
Bakı, 5 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, Azərbaycan-Fransız Universitetinin müəllimi, fizika üzrə fəlsəfə doktoru, “İlin gənc alimi” seçilmiş Behbud İbrahimov Fransanın Strasburq Universitetində elmi ezamiyyətdə olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bir ay davam edən ezamiyyət çərçivəsində gənc alim Strasburq Universitetinin professoru Filip Turekin rəhbərlik etdiyi “Pomam” laboratoriyasında aşağı ölçülü sistemlərin bəzi xassələrinin öyrənilməsi məqsədilə elmi-tədqiqat işi aparıb, aldığı elmi nəticələri həmkarları ilə müzakirə edib.
Behbud İbrahimov, həmçinin universitetin bir neçə laboratoriyası ilə tanış olub, müxtəlif cihazların işləmə prinsipi haqqında məlumatlar əldə edib.