İlk dəfə pambıq becərən xocavəndli məcburi köçkünlər indiyədək 91,2 ton məhsul yığıblar
Beyləqan, 28 sentyabr, AZƏRTAC
Bu il ilk dəfə olaraq Beyləqan rayonu ərazisində 90 hektarda pambıq becərən xocavəndli məcburi köçkünlər bir neçə gündür ki, məhsul yığımına başlayıblar.
Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “CTS Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin ediliblər. Becərmə zamanı aqrotexniki qaydalara əməl edilib və bol məhsul yetişib.
Məhsul yığımı əsasən pambıqyığan maşınlar vasitəsilə həyata keçirilir. Bu günədək 91,2 ton “ağ qızıl” toplanaraq, qəbul məntəqəsinə təhvil verilib. Tarlalardakı məhsul deməyə əsas verir ki, bu il xocavəndli məcburi köçkünlər 200 tona yaxın pambıq tədarük edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [14:47]
Göygöldə Moruq və Aqrar Biznes festivallarından FOTOLAR
- 08.09.2026 [14:34]
Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər FOTO
- 08.09.2026 [14:08]
Zaqatalada ali məktəblərə sənəd verənlərin 86 faizi tələbə adını qazanıb
- 08.09.2026 [11:15]
Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO
- 08.09.2026 [10:55]
Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Ezop”la başlayacaq
- 08.09.2026 [09:54]