İLK TİBBİ XİDMƏTLƏRİ TƏKMİLLƏŞDİRMƏK MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 10-da Beynəlxalq Mətbuat Mərkəzində ilk tibbi xidmətlər sisteminin müasir vəziyyəti və təkmilləşdirilməsi mövzusunda “dəyirmi masa” keçirilmişdir. Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Samir Abdullayev müxtəlif qeyri-hökumət təşkilatları nümayəndələrinin qatıldıqları tədbirin iştirakçılarına Azərbaycan təbabətinin yaxın illərdəki inkişaf konsepsiyasını təqdim etmişdir. Azərbaycanda ilk xidmət sahələrinin modernləşdirilməsində bu təşkilatın təcrübəsi barədə Britaniyanın “Oxfam” şirkəti nümayəndəsinin məruzəsi də dinlənilmişdir.
Görüşdə bu aktual mövzu ətrafında fikir mübadiləsi aparılmış, ekspertlər tövsiyələr vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]