İLKİN SƏHİYYƏNİN GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ TƏQDİM OLUNMUŞDUR
Layihənin məqsədi səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatları maliyyələşdirilmək, sağlam həyat tərzi təliminə və təbliğatına dair proqramların yaradılmasında Azərbaycan hökümətinə kömək göstərməkdir.
Layihə çərçivəsində Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq ediləcək və seçilmiş rayonlarda və icmalardakı tibb müəssisələrində vacib olan tədbirlər sınaqdan keçiriləcəkdir. Səmərə verdiyi təqdirdə bu tədbirlər Səhiyyə Nazirliyi tərəfindən digər sağlamlıq ocaqlarında da tətbiq olunacaqdır.
Layihənin 4 əsas məqsədi vardır. Birincisi, əlverişli, səmərəli ilkin səhiyyə sistemini formalaşdırmağa imkan verəcək siyasəti inkişaf etdirməkdə Səhiyyə Nazirliyinə kömək göstəriləcəkdir. İkincisi, Səhiyyə Nazirliyinə göstərilən yardım səmərəli səhiyyə siyasətini həyata keçirməyə imkan verəcəkdir. Üçüncüsü, ilkin səhiyyə xidmətlərinin göstərilməsinin keyfiyyətini yüksəltmək üçün yeni üsulların tətbiqində Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq ediləcəkdir. Nəhayət, dördüncüsü, sağlam həyat tərzinin aşılanmasında və təbliğində kommunikasiya proqramlarını inkişaf etdirməkdə Səhiyyə Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstəriləcəkdir.
Hazırda layihə üzərində ciddi iş gedir və onun maliyyələşdirilməsi üzrə xüsusi mütəxəssis qrupları yaradılmışdır.
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin bu layihəsi Beynəlxalq Tibb Korpusu, Abt Assosiasiyası, Curatio İnterneşnl şirkəti və Con Hopkins Universitetinin kommunikasiya mərkəzi də daxil olmaqla, ABŞ müəssisələri tərəfindən idarə ediləcəkdir.