İmişlidə qanvermə aksiyası keçirilib
İmişli, 16 mart, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Regional Ədliyyə İdarəsinin təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Regional Ədliyyə İdarəsinin inzibati binasında təşkil edilən aksiyada regional idarənin yurisdiksiyası üzrə yerli ədliyyə qurumlarının və məhkəmə aparatının əməkdaşları, hakimlər, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının nümayəndələri, prokurorluq və polis işçiləri, rayon bələdiyyələrinin üzvləri, idarə və müəssisə əməkdaşları, ümumilikdə 100-ə yaxın könüllü iştirak edib.