İndiyədək Xaçmaz KOB evi sahibkarlara 4500-dən çox xidmət göstərib
Bakı, 8 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97 faiz təşkil edir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Xaçmaz KOB evində sahibkarlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq olunur və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür. Bu ilin fevralından fəaliyyət göstərən Xaçmaz KOB evində sahibkarlara 25 xidmət pəncərəsi üzrə 300-dək dövlət (“G2B”) və biznes-biznes (“B2B”) xidmətləri vahid məkanda təqdim olunur. İndiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara 4500-dən çox xidmət göstərilib. Sahibkarlara xidmətlərin bir məkanda göstərilməsi vaxt itkisini və əməliyyat xərclərini azaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]
Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
- 09.10.2026 [13:49]
Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb
- 09.10.2026 [13:25]