İNDONAZİYADA GÜCLÜ ZƏLZƏLƏ OLMUŞDUR
RİA “ Novosti”-dən AZƏRTAC-a daxil olan məlumata görə fevralın 6-da səhər tezdən İndoneziyanın Papua əyalətində Rixter cədvəli ilə 6,9 bal gücündə zəlzələ olmuşdu. Ölkənin yerli seysmoloji xidmətindən bildirmişlər ki, yeraltı təkan dağıntılara səbəb olmuşdur. Ən azı 22 nəfər həlak olub, 600 nəfər isə yaralanıb.