SİYASƏT
İndoneziya saytları Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində itkin düşənlər barədə məqalələr yayıb
![](/files/galleryphoto/2021/2/1200x630/16298861694826653123_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16298861696202829459_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16298861696409248615_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16298861693320152700_1200x630.jpg)
Cakarta, 25 avqust, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə 30 avqust Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə kütləvi-informasiya vasitələrində yerli dildə məqalələr yayılıb.
AZƏRTAC xəbər verir ki, “kempalan.com”, “jakartatoday.co.id”, “gpriority.com.id” və “wartapenanews.com” saytlarında ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, həmin torpaqların ələ keçirilməsi məqsədilə aparılan hərbi əməliyyatlar nəticəsində çoxsaylı yerli sakinin itkin düşməsi barədə ətraflı məlumatlar əksini tapıb.
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının hökumətlə əlaqələr şöbəsinin rəhbəri Annisa Fadillahın və “JakartaToday” onlayn xəbər portalının müxbiri Putra Pumamanın ayrı-ayrılıqda müəllifi olduqları məqalələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər barədə məlum faktlara əsaslanan məqamlar, bu istiqamətdə Azərbaycan tərəfindən atılan addımlar, habelə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımına dair faktlar yer alıb.
Məqalələrdə mövzu ilə bağlı fotolara da geniş yer verilib.
Sözügedən məqalələrin tam mətni ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:
https://kempalan.com/2021/08/23/penduduk-azerbaijan-yang-hilang-dan-disandera/
https://gpriority.co.id/penghilangan-paksa-dan-penyanderaan-warga-azerbaijan-oleh-armenia/
https://wartapenanews.com/penduduk-azerbaijan-yang-hilang-dan-disandera/
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio