İndoneziyada 59 nəfər hələ də məktəbin dağıntıları altında qalır
Bakı, 2 oktyabr, AZƏRTAC
İndoneziyada məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 59 nəfər hələ də itkin düşmüş hesab olunur.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, axtarış-xilasetmə işlərində termal pilotsuz uçuş aparatlarından istifadə edilsə də, dağıntılar altında həyat əlamətlərinə rast gəlinməyib.
Bu gündən etibarən axtarış işlərinin növbəti mərhələsinə - ağır texnikanın tətbiqi ilə beton lövhələrin qaldırılması prosesinə başlanacaq. Xilasedicilər sağ qalan şəxslər üçün təhlükə yaratdığı üçün indiyədək bu üsuldan istifadə etmirdilər.
Xatırladaq ki, son məlumata görə, sentyabrın 29-da Şərqi Yava əyalətinin Sidoarco şəhərində yüzlərlə şagirdin təhsil aldığı ikimərtəbəli məktəb binasının çökməsi nəticəsində azı beş nəfər həlak olub, 100 nəfərə yaxın insan isə xəsarət alıb. Sidoarco şəhər administrasiyası məktəb rəhbərliyinin binada tikinti işləri üçün rəsmi icazə almadığını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]