İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
Pekin, 3 iyul, AZƏRTAC
İndoneziyanın şərqindəki Papua vilayətində 6,2 bal gücündə zəlzələ olub.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Meteorologiya, İqlim və Geofizika Agentliyi məlumat yayıb. Yerli vaxtla səhər 09:51-də qeydə alınan yeraltı təkanın episentri Keerom rayonundan 79 kilometr aralıda, zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Hələlik sunami xəbərdarlığı elan edilməyib, dağıntı və tələfat haqqında məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]