İNDONEZİYADA GÜCLÜ ZƏLZƏLƏ OLMUŞDUR
RİA “ Novosti”-dən AZƏRTAC-a daxil olan məlumata görə, fevralın 6-da səhər tezdən İndoneziyanın Papua əyalətində 12 ballıq Rixter cədvəli üzrə 6,9 bal gücündə zəlzələ baş vermişdir. Ölkənin yerli seysmoloji xidmətindən bildirmişlər ki, yeraltı təkan dağıntılara səbəb olmuşdur. Ən azı 22 nəfər həlak olmuş, 600 nəfər isə yaralanmışdır.