İndoneziyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Tokio, 7 iyun, AZƏRTAC
İndoneziyanın Mərkəzi Yava əyalətində “Mİ-17” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 5-i isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Hadisənin iyunun 6-da yerli vaxtla saat 13:40-da Kendal şəhərində baş verdiyi bildirilir. Qeyd edilir ki, həmin gün ikinci təlim uçuşu yerinə yetirən helikopterin birinci dəfə havaya qalxması zamanı heç bir problem qeydə alınmayıb.
Ciddi yanıq xəsarəti almış digər hərbiçilərin yerli xəstəxanaya çatdırıldığı bildirilir.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]