İNFORMASİYA CƏMİYYƏTİ ÜZRƏ DÜNYA SAMMİTİNDƏ NÜMAYƏNDƏ HEYƏTİMİZİN İŞTİRAKI YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Tədbirin əsas təşkilatçılarından biri olan dünya şöhrətli İntel Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin - ULTRA şirkətinin baş direktoru Tahir Mirkişili AZƏRTAC-ın müxbirinə demişdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) baş katibi Yoshio Utsumi sammitin hazırlanıb keçirilməsindən başlamış bütün mərhələlərdə nümayəndə heyətimizin xüsusi rolunu yüksək qiymətləndirmiş, rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasovdan tədbirin təşkilinə şəxsi dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürlərini, razılıq və salamlarını çatdırmağı xahiş etmiş, respublikamıza rəhbərlik etdiyi qurumla əlaqələrin inkişafında hər cür köməyə hazır olduğunu bildirmişdir.