İNGİLTƏRƏ KRALİÇASI FRANSAYA RƏSMİ SƏFƏR EDƏCƏKDİR
İngiltərənin kraliçası II Elizabet və əri, Edinburq hersoqu Filipp 1904-cü ilin aprel ayının 4-də Böyük Britaniya ilə Fransa arasında yaradılmış ittifaqın – Atlantanın 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün aprel ayının 5-7-də Parisdə rəsmi səfərdə olacaqlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, səfər zamanı kraliça Fransa Prezidenti Jak Şirak, Baş nazir Jan-Pyer Raffarən, Senatın sədri Kristian Ponsöle və Parisin meri Bertran Delanoyla görüşəcəkdir.
Xatırladaq ki, kraliça 1957, 1972 və 1992-ci illərdə Fransada rəsmi səfərlərdə olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]