İnquşetiyada antiterror əməliyyatı zamanı üç hüquq-mühafizə əməkdaşı həlak olub
Moskva, 6 aprel, AZƏRTAC
İnquşetiya Respublikasının Malqobek rayonunun Zyazikov-Yurt qəsəbəsində antiterror əməliyyatı zamanı hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, yeddisi isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İnquşetiya üzrə İdarəsi məlumat yayıb.
Aprelin 6-da hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı qruplaşmanın üzvlərini saxlamaq üçün əməliyyat keçiriblər.
Həmin qruplaşma martın 28-də respublikanın Nazran rayonunda yol-patrul məntəqəsinə basqın edib. Nəticədə hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb. Sonradan yol-patrul məntəqəsinə basqın etmiş şəxslər Zyazikov-Yurt qəsəbəsindəki evlərdən birində aşkar edilib. Banda üzvləri onları tutmağa cəhd göstərən hüquq-mühafizə əməkdaşlarına avtomat silahdan atəş açıblar və döyüş başlayıb.
Hazırda terrorçuların axtarışı davam edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]