Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan hüquqları müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır

İnsan hüquqları müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır

Bakı, 19 noyabr, AZƏRTAC

İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var.

Hüququ olmaq, qanadlı quş olub mavi səmanın ənginliklərində pərvazlanıb uçmaq kimidir. İnsan kimi var olmaq özü bir xoşbəxtlikdir. Tanrı insanı Yer üzünün əşrəfi yaradıb və ona duymaq, hiss etmək, sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət, dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır.

Bərabərlik demokratiyanın ən vacib prinsipidir

İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları, ümumiyyətlə, ayrılmaz, təməl hüquqlar kimi "bir insana, sadəcə, insan olduğuna görə sahib olduğu" və "bütün insanlara xas olan" əsas hüquqlar kimi başa düşülür. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: “Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

İnsan hüquqları dedikdə, insan hüquqları və vətəndaş hüquqları başa düşülür: 1) şəxsi + siyasi; 2) sosial və iqtisadi; 3) mədəni + kollektiv. Şəxsi hüquqlar hər kəsin hüququdur və həyatın, ləyaqətin və insan azadlığının qorunması üçün zəruridir. Şəxsi hüquqlar dedikdə, qanun qarşısında bərabərlik nəzərdə tutulur. Bərabərlik demokratiyanın ən vacib prinsipidir və bütün vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, yaşayış yerindən, cəmiyyətdəki mövqeyindən, dini və siyasi etiqadından asılı olmayaraq qanun qarşısında bərabərdir. Bu prinsipin pozulması ayrı-seçkilik adlanır. Bərabərlik insan hüquqlarını və məhdudiyyətlərini ehtiva edir.

Qanunların mövcud olmadığı yerdə azadlıq da mövcud deyil

Avropada ilk dəfə insan hüquqları anlayışı intibah dövrünə təsadüf edir və ilk dəfə olaraq "insan hüquqları" ifadəsinə 1789-cu ildə qəbul edilmiş Fransanın İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində rast gəlinib. XVII əsrdə yaşamış ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqları yaşamaq, azadlıq və mülkiyyət hüquqları kimi xarakterizə edib. Con Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Böyük Britaniyada qəbul edilmiş hüquqlar haqqında qanuna görə, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilib. XVIII əsrdə ABŞ-da (1776) və Fransada (1789) iki böyük inqilab baş verib. Məhz bunun nəticəsi olaraq ABŞ İstiqlal Bəyannaməsi və İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi qəbul edilib.

İkinci Dünya Müharibəsindən və Holokost hadisələrindən sonra inkişaf etmiş insan hüquqları hərəkatını canlandıran bir çox əsas fikirlər, BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu ilə nəticələnib. İnsan hüquqları diskussiyasının əsl təşəbbüskarı, ingilis filosofu və siyasətçisi Con Lokkun fikirlərinə görə, qanunların mövcud olmadığı yerdə azadlıq da mövcud deyil. Lokk azadlığı təmin etmədən, ümumiyyətlə, rifahın əldə olunmasını imkansız sayırdı. Françis Hatçeson və Jan-Jak Burlamaki kimi tanınmış filosoflar da insan hüquq və azadlıqlarını hər şeydən üstün tuturdular. Hər hansı bir şəxsə müəyyən dərəcədə azadlıq verilir. Bununla birlikdə fərd öz maraqlarının reallaşmasında digər şəxslərin - cəmiyyətin eyni üzvlərinin maraqlarını nəzərə almalıdır. Azadlıq fərdin şüurlu şəkildə öz davranışını seçmək imkanı və fürsətidir. Qanun həmişə azad vətəndaşların birgə yaşaması üçün zəruri olan fərdi azadlığın qismən məhdudlaşdırılmasıdır. Hüquq kateqoriyaları üç əsas formada mövcuddur: ayrılmaz hüquqlar (təməl), müvəqqəti ayrılmaz və tamamilə ayrılmaz hüquqlar.

Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların hüquqlarının müdafiəsinə yönəldilib

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.

Ölkəmizdə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır. Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-dən Avropa Şurasının üzvüdür. Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak edir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ edir, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpası işini gücləndirirlər.

Konstitusiyanın qəbulu dövlət müstəqilliyinin ən mühüm hadisələrindən biridir

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirib. Xalqımız bu il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyini qeyd etdi. Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Əsas Qanunun qəbul edilməsi, eyni zamanda, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bu mərhələ isə ilk növbədə, dövlət siyasətinin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının dayanması ilə səciyyələnir. Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaradıb. Müxtəlif illərdə (2002, 2009, 2016) referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəldilib.

Hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur

Bu il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 71 ili tamam olur. Yuxarıda qeyd etdiyimiz kimi, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda, real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

Dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

Yeni Konstitusiyamızın üçdəbir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib. Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstisnasız olaraq, hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.

Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqların təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycanın İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulması prosesi milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi zərurətini yaradıb. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. Məhz bu məqsədlə 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul olunub. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili postuna Elmira Süleymanova təyin edilib.

Dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda multikulturalizm, insan haqlarının qorunması dövlətin ən çox diqqət ayırdığı istiqamətlərdən və əsas prinsiplərdəndir. Ombudsman təsisatının yaradılması da Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarının qorunması məsələsinə olan diqqətinin bariz nümunəsidir. Sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların böyük rolu var. Qeyd etmək lazımdır ki, Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd qəbul olunub. İndiyədək Ombudsman təsisatı tərəfindən dövlət qurumlarına 700-dən çox təklif verilib və onların əksəriyyəti icra edilib. Bunların içərisində qadın hüquqlarının effektiv təminatı, qanunvericilik islahatları, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində təklifləri qeyd etmək olar. Bundan başqa, indiyədək 11 amnistiya aktı qəbul edilib və bu akt on minlərlə insana şamil olunub. Ombudsmanın fəaliyyəti dövründə indiyədək 699 məhkum azadlığa buraxılıb. Uşaqlara qarşı təcavüzün aradan qaldırılması üzrə sənəd hazırlanaraq Milli Məclisə təqdim olunub.

Ombudsman fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə və tədris müəssisələri ilə əməkdaşlığa böyük diqqət yetirib. Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, müxtəlif dövlət qurumları və məhkəmələrlə əməkdaşlığı, onun təşəbbüsləri və təklifləri nəzərə alınmaqla milli qanunvericilikdə həyata keçirilən islahatlar bunu təsdiq edir. Təsadüfi deyil ki, bu il iyunun 18-də Bakıda "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu” mövzusunda Ombudsmanların XVI Bakı beynəlxalq konfransı keçirilib. Konfrans Azərbaycan Ombudsman Aparatının təşkilatçılığı və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutub.

Ombudsman insan hüquqlarının müdafiəsinə xidmət edir

Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir. Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya onlara yenidən baxılmasına dair, habelə amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir. İllik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.

Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Proqramda əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsinin səmərəliliyini artırmaq məqsədilə vəzifələr qarşıya qoyulub. Bu istiqamətdə yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin Sərəncamın imzalanmasından artıq 12 il keçir. Hər il ənənəvi olaraq insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda insan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

Bütün bunlar onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Ötən il ölkə başçısının şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi ilə bağlı imzaladığı Fərman bunu bir daha təsdiqləyir. Ölkəmizdə xüsusi həssas kateqoriyadan olan vətəndaşlar - əlillər də daim dövlət qayğısı ilə əhatə olunurlar. Həssas kateqoriyadan olan insanların mənzil-məişət şəraiti yaxşılaşdırılır, avtomobillə təmin olunurlar. Ümumilikdə, bu ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı sənədlər təqribən 3 milyona yaxın vətəndaşı əhatə edib.

Şərqdə ilk dəfə qadınlara seçki hüququ Azərbaycanda verilib

Avropada ilk dəfə kişilər və qadınların bərabər hüquqları məsələsi fransız inqilabının ideoloqları tərəfindən həll olunmağa başlayıb. 1791-ci ildə qadın təhsili haqqında qanun qəbul edilib, 1847-ci ildə isə İngiltərədə qadınların 10 saatlıq iş günü hüququ təmin edilib. ABŞ-da 1848-ci ildən bu yana evli qadınlar mülkiyyət hüququ, 1880-ci ildən isə həmkarlar ittifaqlarının üzvü olmaq imkanı əldə ediblər. Yeni Zelandiya qadınlarına ilk dəfə 1893-cü ildə seçki hüququ verilib.

Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrum olduqları halda 1918-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq təmin edilib.

Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-ci il tarixli BMT Konvensiyasına qoşulub. Azərbaycan sivil ölkədir və dövlətimiz hər iki cinsin - qadın və kişinin hüquqlarını eyni səviyyədə tanıyır. Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib.

Gender məsələsini prioritet istiqamətlərdən biri kimi qəbul edən dövlətimiz qadınların hüquqlarının qorunması, qadın sahibkarlığının inkişafı istiqamətində məqsədyönlü işlər aparır. Belə ki, 2011-ci ildən ölkəmizdə Qadın Resurs mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq 9 belə mərkəz açılıb. Bu mərkəzlər yeni iş yerlərinin yaradılmasında və xanımların sahibkarlıq fəaliyyətinə cəlb olunmalarında əhəmiyyətli rol oynayır. Azərbaycan qadınları müasir dövrümüzdə rəhbər orqanlarda kişilərlə bərabər çiyin-çiyinə çalışır, azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında öz layiqli töhfələrini verirlər. Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır.

Uşaqlara qayğı gələcək fiziki sağlamlığın və mənəvi zənginliyin rəhnidir

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsi dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının təzahürüdür. Uşaqlar cəmiyyətimizin ən zərif və həssas hissəsidir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb.

Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Müasir dövrümüzdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısı günümüzün reallığıdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi təhsilin inkişafı, uşaqların sağlam böyüməsinə əvəzsiz töhfədir.

BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilir.

Uşaq hüquqlarının qorunması və müdafiəsi təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir

Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi də qarşıda duran vəzifələrdəndir. Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işləri vacib məsələ kimi qarşıya qoyulub. Uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün mükəmməl hüquqi baza yaradılıb. BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının hərtərəfli müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Artıq Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə 4 dövri hesabatı təqdim edib. Bu, Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümündə respublikamızda həmin sahəyə diqqətin daha da artmasının təzahürüdür.

Hər il ölkəmizdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü yüksək səviyyədə qeyd edilir. Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması və müdafiəsi təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Statistikaya görə, uşaqların hüquqlarının pozulması, ilk növbədə, ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır. Əgər ailədə oğlan və qız seçimi söhbətin aparılırsa, bu, artıq hüquqların pozulması deməkdir. Yaxud valideyn erkən yaşında qızını ərə verirsə, o qız uşağı hələ dünyanı dərk etmədən, ana məsuliyyətini anlamadan ana olmağa məcbur edilirsə, artıq onun hüququ pozulur. Uşaq hüquqlarının pozulması ailənin imkanlı, kasıb, təhsilli, savadlı, savadsız olmasından yox, valideynlərin məsələyə yanaşmasından irəli gəlir.

Azərbaycanda həssas kateqoriyadan olan 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir. Sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir.

İnsan hüquqlarına hörmət müasir dünyaya qovuşmağın əsas yoludur

İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Təbii ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız adi insan hüquqlarından məhrum edilib. Çətin sınaqlardan çıxan Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olub, regionda sülhün, əmin-amanlığın təmin edilməsi istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində və digər beynəlxalq təşkilatların xətti ilə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Prezidenti İlham Əliyev milli əsaslar zəminində dövlətimizin maraqlarını daim müdafiə edərək yüksək siyasi tribunalardan xalqımızın haqq sözünü dünyaya çatdırır. Dövlət başçısının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasındakı, eləcə də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə və Dünya dini liderlərinin II Bakı Sammitindəki çıxışları bunu bir daha təsdiqləyir.

Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində haqq-ədalət bərpa olunacaq, Ermənistanın işğal altında saxladığı torpaqlarımız azad edildikdən sonra məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaqlar.

Yazı Ombudsman Aparatının Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar - hamı üçün!” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.

Səadət Hakıyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Çexiya məhkəməsi Almaniya vətəndaşı olan neonasistin ekstradisiyası barədə qərar qəbul edib

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO