İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL ƏSGƏR VƏ ZABİTLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Füzuli rayonu ərazisindəki N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşmüşdür.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova əsgər və zabitləri Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək, onlara döyüş qabiliyyətinin möhkəmləndirilməsində müvəffəqiyyətlər arzulamışdır. O, ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə ölkəmizdə başlayan ordu quruculuğu siyasətini Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyini, ordumuzun qayğı ilə əhatə olunduğunu, onun maddi-texniki bazasının ildən-ilə möhkəmləndiyini vurğulamışdır.
E.Süleymanova Beyləqan rayonu ərazisindəki hərbi hissələrdə də görüşlər keçirmiş, hərbi qulluqçuların vəziyyəti ilə tanış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]