İNSANLARA MƏRHƏMƏT GÖSTƏRMƏK SAVAB İŞDİR
Təşkilatın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə demişlər ki, 1999-cu ildən Azərbaycanda qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə kömək məqsədi ilə “Diş müalicəsi” layihəsi Bərdə rayonunda həyata keçirilir. Bu layihə üzrə hər il 2500 nəfərə xidmət göstərilir. Yaşından asılı olmayaraq, hamıya dişlərə qulluq etmək öyrədilir, onları sağlam saxlamaq haqqında təlim keçilir və qayğı göstərilir. Təcrübəli həkimlər və tibb bacıları hər bir diş müalicəsini yüksək səviyyədə yerinə yetirirlər. Uzaqda yaşayanlara ambulator avtomaşın vasitəsilə səyyar tibbi xidmət göstərilir.