İNTELLEKTUAL OYUN ÜZRƏ BAKI ÇEMPİONATI YEKUNLAŞMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Bakı Əyləncə Mərkəzində Gənclər günü münasibətilə Bakı şəhər orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyun üzrə çempionat keçirilmişdir.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Raqif Abbasov, Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov 2 Fevral - Gənclər günü münasibətilə iştirakçıları təbrik etmiş və çempionat haqqında məlumat vermişlər.
30 komandanın iştiraki ilə keçirilmiş yarış üç turdan ibarətdir. Hər turda komandalara 12 sual verilmişdir.
Çempionatda Səbail rayonunun 160 nömrəli orta məktəbinin komandası I yerə çıxmış, Nəsimi rayonunun 23 nömrəli orta məktəbi və “Dəyanət” Liseyinin komandaları isə II və III yerləri bölüşdürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]