RƏSMİ XRONİKA
İORDANİYANIN KRALI ƏLAHƏZRƏT II ABDULLAYA
Əlahəzrət,
Əziz qardaşım,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün İordaniya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-İordaniya münasibətləri dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edir. Əminəm ki, xalqlarımızın istək və iradəsinə uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində niyyətlərimizi həyata keçirmək üçün qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 may 2007-ci il.