Azərbaycan Dövlət İnformasiya Agentliyi

İordaniyanın mənzərəli guşəsi: Akaba

Bakı, 30 sentyabr, Emil Eyyubov, AZƏRTAC

İordaniya Krallığı Yaxın Şərqin sükunət vadisidir. Bu ölkə turizmin inkişafı baxımından böyük imkanlara malikdir və onlardan səmərəli istifadə edir. İordaniyanın ümumi daxili məhsulunun 10 faizi də turizm sənayesinin payına düşür.

Bu ölkədə dənizlər səhra və dağlarla yanaşıdır, tarixi abidələr isə Nabatey sivilizasiyasının, Roma və Osmanlı imperiyalarının izlərini qoruyub saxlayır.

Biz İordaniyanın Ölü dənizin sahilində yerləşən mənzərəli kurortları ilə tanış olmaq, səhrada itmiş qədim Petr şəhərinin sirli tarixini öyrənmək, məşhur Ölü dənizin qeyri-adi xüsusiyyətlərini görmək üçün ölkənin cənubundan şimalına səyahət etdik. Səfərimizi tarixi və mədəni irsin ecazkar şəkildə vəhdətini özündə yaşadan İordaniyanın paytaxtı Əmman şəhərində başa vurduq.

Bakıdan uçuş

Bu gün Azərbaycan və İordaniya arasında birbaşa aviareys olmasa da, Bakıdan Əmmana uçmaq o qədər də çətin deyil. İki paytaxt arasında uçuşları “Flydubai” aviaşirkəti həyata keçirir. Tranzit aviareys zamanı Dubaya endikdən sonra Əmmana uçuşun müddəti aeroportda gözləmə vaxtı da daxil olmaqla 6 saata yaxındır.

“Flydubai” şirkətinin kommersiya və elektron kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi AZƏRTAC-a müsahibəsində deyib: “Bu il həm Azərbaycanda, həm də qlobal miqyasda fəaliyyətimizin 10 ili tamam olur. Mən aviaşirkətin ilk gündən bəri həyata keçirilən xidmətlərindən istifadə etdiyinə görə “Flydubai”nin Azərbaycandan olan bütün sərnişinlərinə təşəkkürümü bildirmək istəyirəm. Məmnuniyyətlə qeyd edim ki, artıq 2009-cu il noyabrın 20-dən - Dubaydan Bakıya ilk aviareysin həyata keçirildiyi vaxtdan indiyədək bizim xidmətlərimizdən 1 milyondan çox sərnişin istifadə edib. “Emirates” və “Flydubai” arasında mövcud olan strateji tərəfdaşlıq Azərbaycandan olan sərnişinlərin şirkətimizin vahid marşrut sisteminə cəlb edilməsi üçün əlverişli şərait yaradır. 2022-ci ildə şirkətimizin vahid marşrutları üzrə 240 istiqamətdə uçuşlar həyata keçiriləcək. İki aviaşirkətin tərəfdaşlığı sərnişinlər üçün digər əlavə üstünlüklər də yaradır: onlar tək biletlə baqajlarını gedəcəkləri son mənzilə qədər apara bilir, Dubaya tranzit məqsədilə gəldiklərində isə bir sıra güzəştlərdən istifadə edirlər. Digər tərəfdən, Bakı Birləşmiş Ərəb Əmirliklərindən və digər Körfəz ölkələrindən uçan qonaqlar üçün ən sevimli məkanlardan biridir”.

“Flydubai” aviaşirkəti sərnişinlər təkcə ekonom deyil, həm də biznes-klass uçuşları təklif edir. Məsələn, hər iki klassla uçan sərnişinlər təyyarənin göyərtəsindəki əyləncə sistemindən və WiFi paketindən pulsuz istifadə edə bilərlər. Biznes-klass sərnişinləri üçün müxtəlif ölkələrin mətbəxinə aid yeməklərdən ibarət rəngarəng menyu təklif olunur. Ekonom-klass sərnişinləri də əvvəlcədən isti yeməklər sifariş edə bilərlər. Yeməklər daxil olmaqla, seçilən tarifin dəyərinə qəlyanaltı və içkilər də daxildir. Biznes-klassla uçmağın digər üstünlükləri sırasına aeroportda ayrıca qeydiyyat masası, launc-zonaya giriş, təyyarəyə özəl çatdırılma, pasport nəzarətindən tez bir müddətdə keçmə və baqajın təcili alınması daxildir.

Əgər siz aeroportda vaxtınıza qənaət etmək istəyirsinizsə, onda uçuşa 48 saat qalmış “Flydubai” internet saytında onlayn rejimdə və ya aviaşirkətin mobil əlavəsində qeydiyyatdan keçə bilərsiniz. Yeri gəlmişkən, növbəti səyahət üçün də bu qaydada bilet sifariş etmək mümkündür.

Bir sözlə, “Flydubai” reysləri ilə Azərbaycandan İordaniyaya uçuş maksimal rahat şəraitdə keçir və xoş təəssüratlar yaradır. Əmmanda sərnişinləri müasir və yaxşı avadanlığı olan aeroport qarşılayır. Baqajın alınması və pasport nəzarətinin başa çatdırılması kimi formal prosedurlardan sonra Akabaya yollanan səyahətçilər nəqliyyat məsələsini həll etməli olurlar.

Akabaya yola düşmə

Əmman aeroportundan Akabaya birbaşa olaraq taksi ilə də getmək olar. Həmçinin aeroportdan Əmmanın yeddinci dairəsinə qədər 3,3 dinara mikroavtobusla yola düşüb sonra Akabayadək 11 dinara “Jetbus” avtobusuna da minmək olar. Paytaxtdan Akabaya yol çox da qısa deyil: mənzilbaşına çatmaq üçün 5 saatlıq məsafə qət etmək lazımdır. Demək olar ki, bütün səyahət boyu avtobusun pəncərələrindən yeknəsəq səhra mənzərələri görünür və heç bir bitki, yaxud insan məskəninə rast gəlinmir. Bu, heç də təəccüblü deyil: İordaniya ərazisinin 90 faizi səhra və yarımsəhralardan ibarətdir.

Yalnız marşrutun sonunda - Qırmızı dəniz regionuna yaxınlaşdıqda pəncərədən görünən landşaft canlanır, daha çox palma ağacları və bərəkətli əkin sahələri görünür.

Xurma palmaları Akabanın florasında xüsusi yer tutur. Bütün şəhərboyu onların meyvələri sallanan bərəkətli budaqlarını görmək mümkündür. Xurma bir dəfə - yayın sonunda və payızın əvvəlində yetişir, bu səbəbdən də biz məhz həmin bol mənzərənin şahidi oluruq. Yolboyu bütün küçələrdə və parklarda ağacların dibinə düşmüş yetişmiş xurma meyvələrini görmək olar. Bizdə onları adətən mağazalarda satırlar. Yetişmiş xurmaların yerə tökülməsinin qarşısını almaq üçün yerli hakimiyyət orqanlarının, həmçinin sakinlərin təşəbbüsü ilə parklarda xüsusi torlu kisələr də qoyulub.

“Mövenpick Resort & Residences Aqaba” oteli

İsveçrənin “Mövenpick” dəbdəbəli otellər şəbəkəsi İordaniyada çox geniş yayılıb. Ölkənin ən populyar turizm məkanlarında onun beş mehmanxanası yerləşir. Akabada “Mövenpick” oteli turistlər üçün öz-özlüyündə görməli bir məkandır. Əlverişli yerinə, özəl çimərliyinə və rahat istirahət üçün geniş imkanlarına görə bu mehmanxana turistlərin diqqətini daha çox cəlb edir.

Akaba 140 min əhalisi olan kiçik şəhərdir. Onun bütün turizm infrastrukturu mərkəzdə yerləşir və onların hamısı “Mövenpick”in ətrafındadır. Mehmanxana kompleksinin korpusları və villaları şəhərin mərkəzi yolunun kənarındadır. Otel dənizin sahilindən sıfır metr məsafədə yerləşir. Buradakı özəl çimərlikdən istifadə etmək üçün yerüstü keçiddən istifadə etmək lazımdır. Cəmi 132 metr uzunluğu olan bu çimərlik “Mavi bayraq” sertifikatı ilə ekoloji normalara cavab verən istirahət məkanı kimi qiymətləndirilib. Akab körfəzinin büllur kimi suları mərcan qayalarının toplaşdığı və Avropaya daha yaxın olan ərazi sayılır. Buradakı 200 mərcan növü və 500 balıq növü bir çox dalğıcların diqqətini cəlb edir. Akabada sualtı üzgüçülük üçün Dəniz parkının himayəsi altında olan 23 məkan mövcuddur.

“Mövenpick” otelinin sahil ərazisində olan yaşıllıq və gül-çiçəyin yaxınlığında bir neçə hovuz və restoran var. Onların arasında Afrika-ərəb mətbəxinə aid olan “Red Sea Grill” balıq restoranını xüsusilə qeyd etmək lazımdır. Bu restoranda Qırmızı dənizdən tutulmuş təzə dəniz məhsullarından ibarət ləziz yeməklər təklif olunur.

Ayla şəhərinin xarabalıqları

Otelin yaxınlığında tarixi müsəlman yaşayış məskəni olan Ayla ərazisində arxeoloji qazıntıların aparıldığı məkanı da görmək olar. Bu şəhər təqribən 650-ci ildə salınıb və Əməvilərin hökmranlığı dövründə, sonra isə Abbasilərin və Fatimilərin zamanından bəri 1116-cı ilədək çiçəklənib.

Ayla xarabalıqları 1986-cı ildə İordaniyanın Turizm və Tarixi Abidələr Nazirliyinin Çikaqo Universiteti ilə apardığı birgə qazıntılar zamanı aşkar edilib.

Ayla qədim müsəlman şəhərləri arasında xüsusi yerə malik olub. Qazıntı aparılan ərazidə bazarlar, darvazalar, ticarət anbarları və infrastruktur qalıqları olan digər tikililər aşkar olunub. Onlar həm şəhərin içərisində, həm də şəhər divarlarından kənarda tapılıb. Aşkar olunan artefaktlar Aylanın Efiopiya ilə ticarət əlaqələri, həmçinin Hind okeanı və Uzaq Şərq regionlarındakı şəhərlərlə əməkdaşlığını sübut edir. Bununla belə, şəhərin dəniz vasitəsilə əsas ticarəti Ərəb yarımadası və Misirlə həyata keçirilib. Aylanı İraq və Suriya ilə quru vasitəsilə ticarət yolları da birləşdirib. Digər müsəlman şəhərlərində olduğu kimi, Aylanın mərkəzində də məscid və xəlifə evi olub.

Bu gün Ayla şəhərinin xarabalıqları dövlət tərəfindən mühafizə olunur, onun ərazisində hamı üçün pulsuz girişin təmin edildiyi arxeologiya parkı fəaliyyət göstərir.

Akabanın digər tarixi abidələri sırasında orta əsrlərə aid Məmlük Fortu qalasını da göstərmək olar. Bu qədim abidə Arxeologiya Muzeyinin yaxınlığında yerləşir.

Şəhər çimərliyi

Akabanın mərkəzi küçəsi ilə gəzinti zamanı daş pillələrdən ibarət olan qayalıqlar sizi onun yaxınlığında yerləşən şəhər ictimai çimərliyinə aparır. Çoxlu turistin gəldiyi çimərlik yerli sakinlər arasında da populyardır. Burada istirahət üçün hər cür şərait var, həmçinin günəş şüalarından qorunmaq üçün palma yarpaqlarından da istifadə olunur. Onların kölgəsi yuxulu suvenir tacirlərinin istirahət və uşaqların oynadığı yerdir. Sahildə lövbər salmış kiçik gəmilər, katerlər dəniz ekskursiyasına çıxmaq istəyənlərin sərəncamına verilir.

Akaba akvatoriyası qonşu Misir və İsrail arasında bölünür. Şəhər çimərliyində olduğunuz zaman qarşıdakı Fələstin sahillərində yerləşən İsrail qəsəbələrini görə bilərsinz. Yeri gəlmişkən, o biri sahildən də Akabanın mənzərəsi, xüsusən sahildə olan İordaniya bayrağının dalğalandığı 136 metrlik bayraq dirəyi görünür.

Şopinq

Akabada iri ticarət mərkəzləri olmasa da, hər yerdə suvenirlərin satıldığı kiçik dükanlar var. Burada çimərlik geyimi və ləvazimatlarının, gündəlik qarderob mallarının satıldığı mağazalar da fəaliyyət göstərir.

Suvenir dükanlarında bir çox maraqlı məmulatlar - İordaniyanın xalq sənətinə aid keramika qabları, metal əşyalar, üzərində nəfis naxışların işləndiyi xəncər və bıçaqlar, milli geyim elementləri, şal və yaylıqlar, təbii daşlardan və mərcandan olan bəzək əşyaları, əl işinin məhsulu olan təbii sabun və s. əldə etmək olar.

Sözardı

Akaba İordaniyanın yeganə dəniz limanının yerləşdiyi mühüm iqtisadi bölgədir. Bu şəhərdən növbəti yaşayış məntəqəsi olan Tala Bəyə aparan yolda çoxlu yük konteynerləri və qaldırıcı kranları görmək mümkündür. Tala Bəy kurort qəsəbəsi formal olaraq Akabaya aid edilsə də, birbaşa və dolayısı ilə ondan ayrıdır. Akabanın mərkəzindən avtomobillər 20 dəqiqəlik məsafədə olan Tala Bəy elit yaşayış kompleksləri və bahalı yaxtaları olduğu dəniz buxtası ilə məşhurdur.

Tala Bəy ilə tanışlıq, habelə Qırmızı dənizin büllur kimi şəffaf dibi olan mərcan adalarına katerlə səyahət barədə biz İordaniya haqqında reportajımızın növbəti hissəsində bəhs edəcəyik. Onu izləməyinizi məsləhət görürük.

Emil Eyyubov

Fotoşəkillər Dinara Qurbanovanındır.

AZƏRTAC

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb