Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 15 dekabr, AZƏRTAC 

Dekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir 15 dekabr BMT-nın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (UNEP) Yaradılması Günü ilə əlaqədar təşkil olunub.

AZƏRTAC-ın verdiyi xəbərə görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində aprelin 25-dən sentyabrın 30-dək Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və iyulun 18-dən sentyabrın 12-dək “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda məktəblilər və müəllimlər üçün onlayn platformada 10 vebinar proqramı keçirilib. Bununla yanaşı, ölkəmizdə həvəskar və peşəkar fotoqraflar arasında 7 sentyabr - Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” gününə həsr olunan fotoşəkil müsabiqəsi təşkil olunub.

Nazir müavini, həmçinin deyib: “İnsanlar üçün ən önəmli nemət sağlamlıqdır. Tədqiqatlara görə, insan sağlamlığı 20 faiz ətraf mühitdən asılıdır. Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər keçirilir, yaşıllaşdırma işləri aparılır. Uşaq və gənclərin ekoloji tədbirlərə qoşulması, ətraf mühitin mühafizəsi, tullantıların utilizasiyası və s. mövzularda əlavə biliklərə yiyələnməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məlumatlandırıcı onlayn vebinarlar, müsabiqələrin keçirilməsi vacibdir. Ölkəmizdə ətraf mühitin qorunmasında gənclərin daha aktiv iştirak edəcəyinə inanıram”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov 44 gün davam edən Vətən müharibəsində rəşadətli ordumuzun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə münasibətilə hər kəsi təbrik edib. O, erməni vandallarının həmin ərazilərdə nəinki infrastruktur və tikililəri dağıtdığını, həmçinin ekoloji terror törətdiyini qeyd edib: “Erməni terrorçuları qadağan olunmuş fosforlu silahlardan istifadə edib, Topxana meşəsini yandırıb, şərq çinarlarının qorunduğu Bəsitçay qoruğunun 50 faizdən çoxunu məhv ediblər. Həmçinin Qaragöl, Laçın, Qubadlı, Arazboyu, Daşaltı yasaqlıqlarında bütün qorunan və qorunma altında flora və fauna növləri məhv edilib. Su mənbələrini ya özlərinə sərf edən istiqamətdə istifadə ediblər, ya da ciddi çirkləndiriblər. Həmin ərazilərin bərpası üçün görüləcək işlər çoxdur”.

Nazir müavini müsabiqə qaliblərini təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bist dünyada təbii fəlakətlərin geniş yayıldığını və bunun ciddi narahatlıq doğurduğunu bildirib: “Əslində baş verənlər gözlənilən idi, çünki alimlər bununla bağlı bir neçə dəfə xəbərdarlıq etmişdilər. Hava, torpaq və suyun çirklənməsi öz təsirini göstərir. Biz bəşəriyyət olaraq öz yanaşmalarımızı dəyişməliyik. Yer kürəsinə ziyan vuran inkişaf və tərəqqi deyil. Hər birimiz ətraf mühitin mühafizəsində müəyyən rola malikik və öz töhfələrimizi verə bilərik.

Tədqiqatlara görə, əhalinin 80 faizi ətraf mühitin qorunmasını vacib sayır, lakin 50 faizdən azı bunun üçün nəyəsə cəhd edir. Şadam ki, Azərbaycanda gənclər də ekologiyaya dair fəaliyyət göstərir, həyata keçirdikləri tədbirlərlə böyüklərə nümunə olur və cəmiyyətə mesajlarını çatdırırlar. Ümid edirəm ki, həmin çağırışlar nəticə verəcək. Biz öz səylərimizi birləşdirəcəyimiz halda nəyəsə nail ola bilərik”.

Sonra çıxış edən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultanzadə keçirilən müsabiqələr və vebinar haqqında məlumat verib: “Uşaq və gənclər arasında “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsinin məqsədi məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, ictimaiyyətin diqqətini iqlim dəyişikliyi və BMT-nin 17 dayanıqlı inkişaf məqsədinə çəkməkdən ibarətdir. “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsində Bakı şəhəri və respublikamızın regionlarından 3 yaş qrupu - 8 - 11, 12 - 15, 16 - 19 yaş qrupları üzrə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və ekoklub üzvləri fərdi və ya 7 nəfərdən artıq olmayan qrup şəklində 1705 iştirakçı müraciət edib. Ümumilikdə, əsasnamədə qeyd olunan texniki tələbələrə cavab verən 250 video vloq qəbul olunub. Təqdim olunan videovloqlar üzrə 1705 iştirakçı tərəfindən göndərilən 250 videovloq arasından 11-i münsiflər heyəti tərəfindən seçilib və hər yaş kateqoriyasında I, II, III yerlər üzrə qiymətləndirilməsi aparılıb. Qaliblər arasından münsiflər heyəti tərəfindən seçilmiş bir iştirakçı “Qran Pri”yə layiq görülüb.

Proqram müddətində BMT, Avropa İttifaqı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ekoloji könüllülərlə birgə Xəzərin sahilinin tullantılardan təmizlənməsi istiqamətində 3 aksiya keçirilib. “Su ehtiyatlarından səmərəli istifadə” proqramı çərçivəsində məktəblilər üçün su problemləri haqqında videoçarxlar və mövzuya uyğun esse müsabiqələri keçirilib, təqdim olunan 50-dən çox işin içində 20 qalib seçilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin ötən il təsis etdiyi “Mavi Səma üçün Təmiz Hava” gününə həsr olunan “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin məqsədi yaradıcı insanların köməyi ilə geniş auditoriyanın diqqətinin təmiz texnologiyalara və alternativ enerji mənbələrinə keçidə cəlb edilməsi, Azərbaycan təbiətinə humanist rəftarın formalaşdırılması, ekoloji tərbiyə və mədəniyyətin aşılanmasıdır. Həvəskar və peşəkar fotoqraflar arasında “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsi regionlardan böyük marağa səbəb olub. Müsabiqəyə ümumilikdə iki nominasiya üzrə 72 fotoşəkil təqdim olunub, həvəskar və peşəkar nominasiyaları üzrə hər birindən 3 qalib seçilib.

Daha sonra müsabiqələrdə qalib gələn məktəblilərin adları açıqlanıb. Qaliblər diplom və qiymətli hədiyyələrlə, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.

COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar qaliblərin mükafatlandırma mərasimi onlayn formatda keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO