İqor Korotçenko: Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquq normalarına uyğundur
Moskva, 12 oktyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü de-fakto və de-yure bərpa etdi, Cənubi Qafqaz regionunda isə yeni geosiyasi reallıq yarandı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Qarabağ münaqişəsinin tam başa çatmasından sonra Cənubi Qafqazın inkişafı” mövzusunda keçirilən onlayn görüşdə söyləyib.
Ekspert vurğulayıb ki, Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquq normalarına uyğundur. O əlavə edib: “Bu və ya başqa ölkələrin Azərbaycana təzyiq etməklə bağlı hər hansı cəhdləri, keçirilən tədbirlərin legitimliyinin şübhə altına alınması tamamilə qanunaziddir”.
İqor Korotçenko diqqəti İrəvanın ziddiyyətli mövqeyinə çəkib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bir tərəfdən, “Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır, digər tərəfdən, xarici aktorları cəlb etməyə çalışır”. Ekspert xarici, o cümlədən Avropa İttifaqı və hər hansı digər beynəlxalq təşkilatların hərbi kontingentlərin və müşahidə məntəqələrinin Cənubi Qafqazda yerləşməsinin istisna edilməsini təklif edib və Zəngəzur dəhlizinin açılmasının zəruriliyini vurğulayıb.
Moskva