İQTİSADİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ AZƏRBAYCAN HÖKUMƏTİNƏ TƏQDİM EDİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, mərkəzin əməkdaşları ötən il ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə dair 30 mövzuda tədqiqat aparmışlar. Həmin tədqiqatların və təhlillərin nəticələri iqtisadçıların təklif və rəyləri ilə birlikdə Azərbaycan hökumətinə təqdim edilmişdir. Aparılmış tədqiqatlardan Azərbaycanın sosial-iqtisadi inkişafının elmi cəhətdən əsaslandırılmasında, ölkəmizin inkişafının təmin edilməsində istifadə olunacaqdır.