İqtisadiyyat İnstitutunun aliminin məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 16 iyul, AZƏRTAC
AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın “Scopus” elmi bazasına daxil olan “Contemporary issues in social science” jurnalında “Pensiya sisteminin dövlət tənzimlənməsi dərəcəsinin ölçülməsi” mövzusunda məqaləsi dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə dünyada ilk dəfə olaraq pensiya sisteminin dövlət tənzimlənməsi dərəcəsi 4 göstərici (özəl pensiya fondlarının aktivlərinin ümumi daxili məhsula nisbəti, dövlət pensiya xərclərinin ümumi daxili məhsula nisbəti, işəgötürənlər üçün sosial sığorta tarifi, pensiya fondlarının vəsaitlərinin investisiyalaşmasına qoyulan məhdudiyyətlər) əsasında 30 ölkə üçün ölçülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:38]
MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir
- 16.10.2026 [15:57]
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
- 16.10.2026 [15:40]