İQTİSADİYYAT
İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb





Bakı, 22 sentyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naftalan şəhərində Naftalan şəhəri və Goranboy rayonundan olan vətəndaşlarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin genişləndirilməsi və digər məsələlərlə bağlı olub.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [14:11]
Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb
- 09.12.2023 [12:53]
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
- 09.12.2023 [11:09]
Azərbaycan nefti bahalaşıb
- 09.12.2023 [10:29]