İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də - Anım Günündə İqtisadiyyat Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.