İRAN İSLAM RESPUBLİKASININ ALİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ HƏZRƏTLƏRİNƏ
Möhtərəm Ayətullah Xamenei həzrətləri,
Ölkənizin milli bayramı- İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə İran arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 fevral 2006-cı il.