İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN ÇIXIŞI
Mən çox şadam ki, bir memorandum və razılaşmanın nəticəsinə yetişməyin bayramında sizin yanınızdayam və bu mərasimdə iştirak edirəm. Çox şadam ki, indi burada qaz şölələndi və bundan sonra Naxçıvan əhalisi bu nemətin rahatlığından tam istifadə edəcəkdir. Mənim burada olmağım iki ölkə arasında olan möhkəm, dərin əlaqələrin daha da genişlənməsini göstərir. Bu əlaqələr nəticəsində iki ölkənin xalqları, hökumətləri arasında münasibətlərin günbəgün genişlənməsinin şahidi olacağıq.
On il bundan əvvəl Naxçıvanda bir görüşüm olubdur. Çox istərdim ki, Naxçıvana yenə də gəlim və buranın inkişafının şahidi olum. Allaha şükür olsun ki, sizin respublikanız günbəgün inkişafdadır. Buna görə sizi və əziz qardaşımı, cənab Əliyevi təbrik edirəm.
Bu gün cənab Əliyevə və mətbuat nümayəndələrinə də dedim ki, biz Azərbaycanla əlaqələrin genişlənməsinə heç bir məhdudiyyət qoymuruq. İstəyirdim, Naxçıvana gəlim və Sizinlə görüşüm. Allaha şükür edirəm ki, mənim niyyətimi gerçəkləşdirdi və bu istəyimə çatdım.
Çox sevinirəm ki, sizin şad üzlərinizi görürəm və sizi yaxından ziyarət edirəm. Arzulayıram ki, iki ölkə arasında səfərlər daha da artsın və daha yaxşı razılaşmalara nail olaq.
Sizi təbii qazın verilməsi ilə əlaqədar bir daha təbrik edirəm. Mübarək olsun və sizin üçün xeyirli olsun deyir, hamınızı Allaha tapşırıram.X X X
Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın şərəfinə ziyafət verildi. X X X