İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb
Ankara, 4 mart, AZƏRTAC
Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən İran ballistik raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubundakı Hatay vilayətinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi martın 4-də məlumat verib.
Nazirliyin məlumatına görə, İran raketi Suriya və İraqın hava məkanını keçərək Türkiyəyə doğru istiqamətlənib. “NATO hava hücumundan müdafiə qüvvələri İran ballistik raketinin trayektoriya məlumatlarını tez bir zamanda emal edərək onu məhv edib. Hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan tutucu raketin qalıqları Hatay əyalətinin Dörtyol rayonuna düşüb. Tələfat olmayıb”, - deyə açıqlamada bildirilir.
Türkiyə Müdafiə Nazirliyi bütün tərəfləri vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Nazirlik əlavə edib: “Türkiyə regiondakı vəziyyətlə bağlı NATO və müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]