İRAN SƏDDAM HÜSEYNİ SOYQIRIMDA TƏQSİRLƏNDİRİR
Nazir vurğulamışdır ki, söhbət İrana vurulmuş zərərin ödənilməsi barədə Tehranın tələb etdiyi təzminatlardan deyil, Səddam Hüseynin törətdiyi cinayətlərdən gedir. Səddam Hüseynə və onun əlaltılarına qarşı ittihamlar İran xalqı adından irəli sürülmüşdür.
Kərimi–Rad demişdir ki, sabiq İraq lideri məktəblərə, məscidlərə və evlərə bomba zərbələri endirilməsində, kimyəvi slilahdan istifadə edilməsində, soyqırımda, insanlığa qarşı cinayətlərdə, müharibə aparmaq və hərbi əsirlərlə rəftar qaydaları haqqında beynəlxalq konvensiyaların pozulmasında təqsirləndirilir. Bundan əlavə, Səddam Hüseyn şəriət qaydalarının və etik prinsiplərin pozulmasında, habelə din xadimlərinin, qadınların, uşaqların və mülki şəxslərin öldürülməsində də ittiham edilir.
Həmin ittihamlar 1980-88-ci illər İran-İraq müharibəsi dövrünə aiddir. O vaxt Səddam Hüseyn İranda İslam inqilabından sonra başlanmış qarışıqlıqdan istifadə etməyə və ölkənin neftlə zəngin olan cənub-qərb bölgələrini tutmağa çalışmışdır. Silahlı münaqişə zamanı təxminən 1 milyon insan, əsasən, iranlılar həlak olmuşdur.