İran vətəndaşı Biləsuvarda narkotik vasitələrlə saxlanılıb
Biləsuvar, 19 mart , Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan İran vətəndaşından 8 kiloqramdan artıq müxtəlif növ güclü təsirə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Əmirhüseyn Rüstəminin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi və dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə daxil olmuş məlumat əsasında Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Əlindəki çantaya keçirilən baxış zamanı ayrı-ayrı plastik qablarda ümumi çəkisi 5 kiloqram 680 qram heroin, 2 kiloqram 785 qram psixotrop maddə metamfetamin, 145 qram tiryək, 177 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]