İranda COVID-19-a yoluxan 1 milyon 337 min 877 xəstə sağalıb
Tehran, 20 fevral, AZƏRTAC
Son sutka ərzində İranda koronavirusa 7 min 922 nəfər yoluxub, 68 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 566 min 81 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 409-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 677 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 337 min 877 xəstə sağalaraq evə buraxılıb.
İranda əhalinin vaksinasiyası davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]