İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
Tehran, 14 iyul, AZƏRTAC
İranın Zəncan və Gülüstan vilayətləri də qırmızı zonaya daxil edilib. Bu vilayətlərdə koronavirusun geniş yayılması və ölüm hallarının çoxalması müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. O, son 24 saat ərzində 2521 nəfərin virusa yoluxduğunu, 179 nəfərin isə öldüyünü nəzərə çatdırıb. Bununla da İranda koronavirusa yoluxaraq ölənlərin ümumi sayı 262 min 173-ə, ölənlərin sayı isə 13 min 211-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 225 min 270 nəfər sağalaraq evə buraxılıb. Müalicəsi davam edən 3389 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]