İranın Ali Rəhbəri 1849 məhkumu əhatə edən əfv sərəncamı imzalayıb
Tehran, 30 mart, AZƏRTAC
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei 1849 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ali Rəhbərin administrasiyasından bildiriblər.
Qeyd olunub ki, 12 fərvərdin (29 mart) - İran İslam Respublikası Günü münasibətilə məhkəmə hakimiyyətinin təqdimatına əsasən bir qrup məhkum əfv olunub. Əfv olunanların bir qisminin cəzaları azaldılıb, bir qismi isə cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
Ali Rəhbərin administrasiyasından bildiriblər ki, Seyid Əli Xamenei İranda həmişə insanpərvərlik və humanizm prinsiplərini əsas tutaraq, bayram münasibətilə məhkumları əfv edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]