İranla Türkiyə arasında yeni dəmir yolu xətti inşa ediləcək
Tehran, 14 iyul, AZƏRTAC
İranın “Araz” Azad Ticarət Zonasının fəaliyyət göstərdiyi Culfa şəhərindən Türkiyənin Dilucu bölgəsindəki Sürayyə Çeşməsi məntəqəsinə dəmir yolu xətti çəkiləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz” Azad Ticarət Zonasının baş direktoru Möhsün Nərman deyib. O bildirib ki, 208 kilometrlik yolu İran Dövlət Dəmir Yolları İdarəsi ilə Yollar və Şəhərsalma Nazirliyi birlikdə inşa edəcəklər. Dəmir yolu Maku Azad Ticarət Zonasından da keçəcək.
Baş direktorun sözlərinə görə, gələcəkdə bu yolla İran Türkiyə üzərindən Avropaya ildə 6-10 ton yük daşıyacaq.
Qeyd edək ki, “Araz” Azad Ticarət Zonası İranın Şərqi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası ilə sərhədində yerləşir və 51 min hektar ərazini əhatə edir. Bu zonaya Türkiyə, Almaniya, İtaliya ilə yanaşı, Azərbaycanın iş adamları da sərmayə yatırıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]