“İraq İslam Müqaviməti” ABŞ-ın Suriyadakı bazasına zərbələr endirib
Bakı, 12 yanvar, AZƏRTAC
“İraq İslam Müqaviməti”nə aid silahlı şiə birləşmələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbəsi endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.
İtki və zərər barədə məlumat verilmir.
ABŞ ordusunun sözçüsü Patrick Ryder çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-ın İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.
Bundan əvvəl şiə milislər “Telegram” kanallarında yaydıqları bəyanatda ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]