İraq mətbuatında 20 Yanvar faciəsi barədə məqalələr dərc olunub
Bağdad, 20 yanvar, AZƏRTAC
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun İraqın “hammurabi news”, “qitaf news”, “alhadathcenter.net” və “remot news” saytlarında 20 Yanvar faciəsindən bəhs edən məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan xalqının müstəqillik və azadlığı uğurundakı əzmindən söz açılıb. Qeyd olunub ki, Bakıya daxil olan xüsusi təyinatlı hərbi hissələr yanvarın 20-də qırğın törətdilər.
Həmin gecə sovet əsgərləri tərəfindən ümumilikdə 147 nəfər mülki insan qətlə yetirilib.
Törədilən bu qanlı faciəyə baxmayaraq Azərbaycan xalqı öz müstəqilliyini qazandı. Yanvar faciəsinə ilk olaraq ulu öndər Heydər Əliyev hüquqi-siyasi qiymət verərək SSRİ rəhbərliyini kəskin tənqid etdi.
Bu gün 20 Yanvar Azərbaycan tarixində hüzn günü olmaqla yanaşı, həm də qürur və fəxarət günüdür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad