İraqda binada baş verən yanğında 14 nəfər ölüb
Bakı, 9 dekabr, AZƏRTAC
Cümə günü gecə İraqda, Ərbil vilayətinin Soran şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Soranın səhiyyə departamentindən verilən açıqlamada “yanğının universitet tələbələri və müəllimlərinin yaşadığı üçüncü və dördüncü mərtəbələrdə baş verdiyi, daha sonra bütün beşmərtəbəli binaya yayıldığı” bildirilib.
Məlumata görə, ilkin araşdırmalar nəticəsində yanğına səbəb qısaqapanma olub. Yanğın mülki müdafiə qrupları və yanğınsöndürənlər tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]