İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Bakı, 22 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğın zamanı həyatını itirmiş hər kəsin xatirəsini yad edən baş katib Xocalı hadisəsinin Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğalının nəticəsi olduğunu vurğulayır. O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və İslam Sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib. Baş katib Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]