İslamiada: İordaniyanın kişi həndbolçuları yarışı sonuncu pillədə başa vurublar
Bakı, 12 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında ilk təsəlliverici görüşdə İordaniya yığmasına 33:31 hesabı ilə qalib gələn Pakistan millisi 7-ci pillədə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, İordaniya yığması isə bu məğlubiyyətdən sonra yarışı sonuncu - 8-ci pillədə başa vurub.
“Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən görüşü misirli hakimlər briqadası idarə edib.